• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Dünyanın sonu deyil" - Mahmud Qurbanov

Premyer-liqa / Manşet

12-11-2022, 18:0

"Səbail" Misli premyer-liqasının 14-cü turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.
"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna yaxşı başlamadıq. Elə görünürdü ki, sanki müdafiə olunmaq istəyirdik. Komanda qol buraxdıqdan sonra nəsə etməyə çalışdı. Niyə belə oynadığımızın səbəbini araşdıracağıq. Daha yaxşısına ümid edirdik. Alınmadı. Qarşıda oyunlar var. Çalışacağıq ki, belə problemlər olmasın. Hücumda aktiv ola bilmirik. Ağabala Ramazanovla Ruslan Hacıyevin yoxluğu özünü göstərir. Onlar zədələnəndən sonra hücumda kəsərli deyilik. Bu futbolçular sağalandan sonra nəticələrin yaxşılaşacağını düşünürəm.

- Ardıcıl üçüncü məğlubiyyət. Növbəti matç da "Neftçi"yə qarşı olacaq. Bu gedişat sizi hara aparır?

- Dünyanın sonu deyil. Qarşıda oyunlarımız var. Çalışacağıq ki, nəticələri yaxşılaşdıraq. Kəsərli hücumçu və vingerlərə ehtiyacımız var. Zədəlilər qayıtsın, sonra nəticələrə baxarıq. Bizim üçün kiminlə oynayacağımız fərq etmir. "Neftçi" ilə görüşə də qələbə üçün çıxacağıq. Bu gün yaxşı çıxış etmədik.

- Heyətdə olan legionerlərin yerli oyunçulardan səviyyədə aşağı olduğunu düşünmürsüz?

- Legionerlərin hamısını deməzdim. Biz düşünürdük ki, adaptasiya tez olar. Bəzi legionerlerin zəif çıxışından narazıyıq. Amma bu dəqiqə heç nəyi dəyişə bilmərik. Bu oyunçulardan istifadə etməyə məcburuq.

- Hakim idarəçiliyi ilə bağlı fikirləriniz necədi?

- Nəisə var ki, narazılıq bildirmişik. Hər iki komandanın məşqçiləri narazılıq edirsə, deməli nələrsə yerində deyil.

- Mövsümün ən intizamsız komandası kimi tanınırsız. Bununla bağlı hansı tədbirlər görürsüz?

- İntizamsızlıq deməzdim. İstədiyimiz odur ki, aqressiv oynayaq. Hərdən bəzi futbolçularımız bunu ayırd edə bilmir. Durduğumuz yerdə qırmızı vərəqələr almışıq. Heç nədən komandanı pis vəziyyətdə qoyanların cəzaları olub. Gələcəkdə də olacaq.

- Mahmud Qurbanov istefa haqda düşünür?

- Düşünmürəm. Ağlımdan da keçirmirəm.

- Məğlubiyyətin səbəbi nədi?

- Öz səhvimizdən oldu. Keyta, Rəhim Sadıxov səviyyəli futbolçulardır. Onların ustalığı sayəsində qol vurdular.

- Rahid Əmirquliyevin meydana daxil olmağı əvvəldən planda var idi?

- Oyunun gedişatına görə dəyişikliklər edilir.

- Qoldan əvvəl Elmir Tağıyev zədələnmişdi. Həmin epizodda rəqib topu meydandan çıxarmaq istəmirdi. Bunu necə şərh edirsiz?

- Elmirdə simulyasiya yoxdur. Onun dizində problemlər var. Neçə vaxtdır məcburən oynadırıq. Meydana həmişə dizi bağlı halda çıxır. Görünür ağrısı daha bərk idi.

- Beyninizdə xilas planı var?

- Oyunçu seçimi, əsasən də legioner seçimi lotoreya kimi bir şeydir. Videoya baxıb dəvət edirik. Qışa kimi bu heyətlə oynamalıyıq. Qışda dəvət edəcəyimiz futbolçular var. Qışdan sonra komandamızın daha yaxşı olacağını hesablamışıq.

- Gündəmdə qapıçı transferi var?

- Qapıçılarımıza inanırıq. Hər ikisi yaxşıdır. Planda belə bir şey yoxdur.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

13-08-2022, 23:0

"Turan Tovuz" yaxşı müdafiə olundu" - Mahmud Qurbanov

Premyer-liqa

27-08-2022, 21:0

"Təəssüf ki, bu gün "Kəpəz"lə oynayırdıq və belə oldu" - Mahmud Qurbanov

Ölkə futbolu

10-04-2022, 22:0

"Başımızı aşağı salmaq fikrində də deyilik" - Elmar Baxşıyev

Premyer-liqa

6-11-2022, 17:0

"Onlar bunu başa düşmürlər" - Mahmud Qurbanov

Premyer-liqa

27-08-2022, 21:0

"Özündən böyüyə hörmətsizlik etmək Raufa yaraşmaz" - Yaşar Vahabzadə

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 217
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 201
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə