Football-plus.az xəbər verir ki, Canni de Byazinin yetirmələri 16-da Moldova, 20-də isə Makedoniya ilə qarşılaşacaq. Hər iki görüş səfərdə baş tutacaq.
Qarşılaşmalara sayılı günlər qalsa da, italiyalı mütəxəssis hələ heyəti açıqlamayıb. Maraqlıdı, bu formallıq nə vaxt aradan qaldırılacaq? Komandanın səfər proqramı müəyyənləşibmi? Bu suallara cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq:
“Millinin heyəti premyer-liqanın qarşıdakı turu başa çatandan sonra açıqlanacaq. Komanda noyabrın 14-də toplaşacaq və həmin gün günortadan sonra Moldovaya yollanacaq”.
ŞAİR ABDULLA


