50 ölkə arasında

10.11.2022 15:38 302
İdman
Noyabrın 11-13-də Qırğızıstanın Bişkekdə sambo güləşi və döyüş sambosu üzrə dünya çempionatı təşkil olunacaq.

“Football-plus.az” saytının məlumatına görə, yarışda ölkəmizi Kənan Babayev (58 kq), Elvin Bağırov (64 kq), Emil Həsənov (71 kq), Adil Adilzadə (79 kq), Ceyhun Hüseynov (88 kq), Eyvaz Nəsibli (98 kq) və Toğrul Salmanov (+98 kq) təmsil edəcək.

Qeyd edək ki, mundialda 50 ölkə samboçuları mübarizə aparacaq.