Ferdinand Ronaldodan danışdı

9.11.2022 22:56 421
Dünya futbolu
“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Kriştiano Ronaldo ilə bağlı danışıb.

Football-plus.az xəbər verir ki, o, dünya çempionatında Portuqaliya millisindəki çıxışının hücumçunu əvvəlki performansına qaytara biləcəyini söyləyib:

"Hər şeyi zaman göstərəcək. Mövsümün sonunda onun neçə qol vurduğunu və komandaya necə kömək etdiyini görmək mümkün olacaq. Mövsümboyu eniş-yoxuşlar olur, formanın zirvəsinə çatırsan, çuxura düşürsən. Ronaldo əvvəlki kimi qol vurmur. Ola bilər ki, yaxşı formada deyil. Ona haqq qazandırmaq istəmirəm. Amma 2022-ci il dünya çempionatında oynasa, getdiyindən daha yaxşı vəziyyətdə qayıda bilər".