Pyoli: “Məğlubedilməz komanda yoxdu”

8.11.2022 13:15 307
Dünya futbolu
Stefano Pyoli Çempionlar Liqasının püşkünü dəyərləndirib.

Football-plus.az xəbər verir ki, onun çalışdırdığı “Milan” 1/8 finalda “Tottenhem”lə qarşılaşacaq. Təcrübəli mütəxəssisin püşklə bağlı fikirləri belə olub:

“Tottenhem” böyük məşqçinin çalışdırdığı güclü komandadı. Amma məğlubedilməz komanda yoxdu və hədəfimiz 1/4 finala çıxmaqdı. “Milan” İngiltərə komandaları ilə oyunlarda mənfi statistikaya malikdi. İndi bu planda göstəricini yaxşılaşdırmaq üçün əla fürsət ortaya çıxıb”.