Mayk Menyanın aqibətinə aydınlıq gəlib.
Football-plus.az xəbər verir ki, “Milan”ın və Fransa millisinin oyunçusunun zədəsi ciddidi.
O, DÇ-2022-ni buraxacaq. Bu barədə İtaliya klubunun baş məşqçisi Stefano Pyoli xəbər verib. Onun bildirdiyinə görə, 27 yaşlı qapıçı gələn ilin yanvarınadək yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, Menyan Millətlər Liqasının sentyabrın 22-də Avstriya ilə matçında zədələnmişdi. O, bu mövsüm A seriyasında 7 oyunda qapını qoruyub.