"Rayo Valyekano"nun qapıçısı Ançelottiyə heyranlıq edir

7.11.2022 16:57 373
Dünya futbolu
"Rayo Valyekano"nun qapıçısı Stole Dimitrievski "Real"ın baş məşqçisi Karlo Ançelottinin formasını almaq istəyir.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı makedoniyalı qapıçı La-liqanın 13-cü turunun oyunundan sonra italiyalı mütəxəssisə formalarını dəyişməyi təklif edəcək. Dimitrievski Ançelottini böyük futbol adamı hesab edir. O mütəxəssisin komandalarına və onların oyununa heyrandı.