Milli rüsvayçılıq

7.11.2022 15:44 298
İdman
Paredes şəhərinin “Multiusos de Paredes” arenasında Azərbaycan və Portuqaliya yığmaları arasında həndbol üzrə DÇ-2023-ün seçmə mərhələsinin növbəti oyunu keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, görüş rəqibin 36:12 hesablı qələbəsi ilə bitib. Qadın yığmamız ilk oyunda da meydanı məğlub tərk etmişdi - 19:32.

Beləliklə, hər iki qarşılaşmada uduzan millimiz mübarizəni dayandırıb.