"Barselona" "Çelsi"nin müdafiəçisini transfer edir

4.05.2022 18:53 527
Dünya futbolu
"Çelsi"nin müdafiəçisi Andreas Kristensen karyerasını İspaniyada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, danimarkalı müdafiəçi mövsümün sonunda klubu tərk edəcək və "Barselona"ya keçəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

26 yaşlı müdafiəçi Kataloniya klubu ilə 5 illik müqavilə imzalayacaq.

"Çelsi" ilə müqaviləsi mövsümün sonuna qədər olan müdafiəçinin klubu tərk edəcəyi dəqiqləşib. O, bu mövsüm "zadəganlar"la 33 oyuna çıxıb.