Çempionlar Liqasının (ÇL) cari mövsümü hələ ki Kərim Benzema üçün uğurlu alınmır.
“Real”ın hücumçusu karyerasında ilk dəfə qrup mərhələsində qol bura bilməyib. Fransalı futbolçu bu mövsüm ÇL-də 4 oyun keçirib və heç bir məhsuldar hərəkətlə yadda qalmayıb. Benzema turnirin əvvəlki 17 mövsümündə qrup mərhələsini azı bir qolla başa vurmuşdu.