"Mançester Yunayted" futbolçusunu icarəyə göndərir

15.08.2022 18:20 408
Dünya futbolu
"Mançester Yunayted" futbolçusunu icarəyə göndərmək niyyətindədi.

Football-plus.az
xəbər verir ki, "qırmızı şeytanlar" yarımmüdafiəçi Hannibal Mecbrini arendaya verməyi düşünür. Klub 19 yaşlı futbolçunu icarəyə göndərmək üçün "Birmingem"lə müqavilə bağlamağa yaxındı.

2021-22 mövsümündə Mecbri premyer-liqada "Mançester Yunayted"in heyətində iki oyun keçirib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.