“Qarabağ”ın üzvü Qaspar Panadero karyerasını ölkəsində davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, bu məlumatı İspaniya mətbuatı yayıb. 25 yaşlı yarımmüdafiəçi Sequnda klublarının diqqət mərkəzindədi.
Avstriyaya təlim-məşq toplanışına aparılmayan futbolçu ilə “Kartaxena”, “Albasete”, “Burqos” və “Luqo” kimi klublar maraqlanır. Ağdam klubunun Panaderonu yenidən icarəyə verəcəyi gözlənilir.
Panadero “Qarabağ”a 2021-ci ilin avqustunda İspaniyanın “Kadis” klubundan transfer olunub. Yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında Cənubi Kiprin AEK (Larnaka) komandasında keçirib. Onun “Qarabağ”la 2024-cü ilin yayınadək müqaviləsi var.