“Mançester Yunayted”də növbəti ayrılıq yaşana bilər.
Football-plus.az xəbər verir ki, komandanın hücumçusu Markus Reşford “qırmızı şeytanlar” ona yeni müqavilə təklif etməsə, klubdan getməyə hazırdı. Forvardın hazırki sözləşməsi 2023-cü ilin iyununda başa çatır. Yəni Reşford yanvarın 1-dən etibarən digər komandalarla danışıqlar apara biləcək.