Reşford komandanın məşqində iştirak etmədi

14.09.2022 18:40 320
Çempionlar Liqası
"Mançester Yunayted"də itki baş verib.

Komandanın hücumçusu Markus Reşford Avropa Liqasının 2-ci turunda "Şerif"lə oyunu buraxmaq riski ilə üz-üzədi. İngiltərəli futbolçu Moldovaya uçmazdan əvvəl bugünkü məşqdə iştirak etməyib. Bunun səbəbi açıqlanmayıb. Böyük ehtimalla o, qarşıdakı görüşdə oynamayacaq.