• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İspaniyada yeni idman qanunu ölkə çempionatını “dayandıra” bilər

Dünya futbolu

22-10-2022, 20:0

Bir neçə gün əvvəl Avropa Superliqası layihəsinin yeni baş direktoru təyin edilən Bernd Rayxart UEFA-nı qorxuya salan açıqlama verib.

O, hələ ki kağız üzərində olan turnirin reallaşması üçün növbəti cəhdin ediləcəyinə işarə vurub.
Xatırladaq ki, 2021-ci il aprelin 18-də “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Mançester Yunayted”, “Mançester Siti”, “Çelsi” (hamısı İngiltərə), “Real”, “Barselona”, “Atletiko” (hamısı İspaniya), “Yuventus”, “Milan” və “İnter” (hamısı İtaliya) Superliqanı yaratdıqlarını rəsmən bəyan etmişdilər. Lakin iki gündən sonra “Real”, “Barselona” və “Yuventus”dan başqa digər klubların layihədən çıxması ilə yeni turnirin başlamadan bitdi. 6 ay əvvəl fəaliyyətini dayandıran layihənin bir neçə ildən sonra yenidən start götürməsi gözlənilir: qitənin bəzi aparıcı klubları bu ideyanı 2024-cü ildə həyata keçirməyi planlaşdırır.

Layihənin yeni baş direktoru ilə tanış olaq. Rayxart Superliqa layihəsini dəstəkləyən “A22 Sports Management” şirkətinin rəhbəri təyin olunub. 48 yaşlı almaniyalı menecer bundan əvvəl nəhəng “RTL media group” mediaholdinqinə başçılıq edib. Onun ilkin vəzifəsi klublar, oyunçular, məşqçilər, azarkeşlər, KİV və siyasətçilər də daxil olmaqla futbol ictimaiyyətinin daha geniş qrupu ilə dialoq yaratmaq olacaq. Yeri gəlmişkən, oktyabrın əvvəlində Superliqanın təsisçiləri olan “Real”, “Barselona” və “Yuventus” rəsmilərinin qitənin digər klubları ilə layihənin yeni formatını müzakirə edəcəkləri haqda xəbər yayılmışdı.
Görünən odu ki, təsisçilər UEFA-nın qətiyyətlə üzərindən qara xətt çəkdiyi layihəni yenidən dirçəltmək, ictimaiyyət arasında aktuallaşdırmaq və təbii ki, dəstək qazanaraq reallaşdırmaqda qərarlıdılar. Yeni baş direktor Rayxartın sözlərinə görə, Avropa Superliqasının 2024/25 mövsümündə başlaması gözlənilir:

“Avropa futbolu dünya idmanındakı aparıcı rolunu itirir, klublar isə imkanlarından geri qalırlar. Mövcud sistem yetərincə qeyri-sabit vəziyyətə düşüb, o artıq özünü təmin edə bilmir. Fikrimcə, klublar öz talelərini özləri müəyyənləşdirmək imkanına malik olmalıdılar, ona görə ki, klublar da maliyyə riski altında fəaliyyət göstərirlər. Əksər klublar vəziyyətin belə davam edə bilməyəcəyi qənaətinə gəliblər. Biz heç kimi arxada qoymaq istəmirik. Yeni formatda yüksək diviziondan çıxış və bu diviziona vəsiqə qazanmaq variantları da nəzərdə tutulacaq”.


Yeri gəlmişkən, UEFA-nın prezidenti bu mövzuda növbəti mənfi reaksiyasını dilə gətirib. Buenos Ayresə səfər edən Aleksander Çeferin Argentina Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapya və Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Alexanrdo Domingeslə görüşündən sonra qısa mətbuat konfransı təşkil edib. O, jurnalistin Superliqa layihəsi ilə bağlı sualının cavabında belə deyib:

“Biz bura futbol haqda danışmaq üçün toplaşmışıq, Superliqa isə futbol deyil”. Sloveniyalı funksioner Superliqa layihəsinin təmsilçilərindən məktub aldığını da bildirib. Amma UEFA-nın prezidenti həmin məktubu yalnız Avropaya qayıdandan sonra oxuyacaq: “Onların bizə daha güclü şəkildə yaxınlaşmaq istəyəcəklərinə əminəm”.


Bu arada İspaniya futbolunda Superliqa ilə bağlı olan hadisə baş verib. Bu ölkədə qəbul olunan yeni idman qanununda klubların eyni zamanda yerli turnirlərdə və Superliqada iştirakına icazə verən maddələr nəzərdə tutulub. Bu isə məlum ideyanın qatı əleyhdarı olan Xavyer Tebasın böyük narahatlığına səbəb olub. La Liqanın prezidenti tələm-tələsik oktyabrın 27-də ölkə çempionatının ilk iki divizionunda çıxış edən klubların növbədənkənar iclasını çağırıb. Həmin iclasda aparılacaq müzakirələr nəticəsində ayın 28-dən başlayaraq hər iki liqanın dayandırılmasına qərar verilə bilər. La Liqanın rəhbəri yeni qanunun CVC sərmayə fondu ilə müavilənin pozulmasına səbəb ola biləcəyindən çəkinir. Qeyd edək ki, anlaşmanın şərtinə əsasən, fond klublara ümumilikdə təxminən 2 milyard avro ödəməlidi. “El Mundo” qəzeti “Real”, “Barselona” və “Atletik” istisna olmaqla ilk iki divizionda çıxış edən 42 klubdan 39-nun yeni qanunun əleyhinə olduğunu xəbər verib. Odu ki, La Liqa və La Liqa 2-də gələn həftəsonuna nəzərdə tutulan turların baş tutmamaq ehtimalı yüksəkdi. Görünür, qanunu yenicə qəbul edənlər bunun ölkə futbolu üçün hansı fəsadlara səbəb ola biləcəyini düşünməyiblər...

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-10-2022, 18:0

Avropa superliqası bu zaman ərzində başlayacaq

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Daha çox
Oxunub: 204
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 95
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə