Azərbaycan Şahmat Federasiyası İsraildə keçiriləcək dünya çempionatına qatılacaq millinin heyətini müəyyənləşdirmək üçün seçim turniri təşkil edib.
“Football-plus.az” saytının məlumatına görə, dairəvi sistemlə təşkil olunan yarış oktyabrın 29-da başa çatacaq. Yığmanın 4 üzvü məhz seçim turnirinin nəticəsinə əsasən bəlli olacaq. Bu vəzifənin öhdəsindən Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Misrətdin İskəndərov, Vüqar Əsədli, Məhəmməd Muradlı və Aydın Süleymanlı gəlməyə çalışır. Millinin liderləri, yüksək reytinqə malik olan Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov heyətdə yerlərini təmin ediblər.
Qeyd edək ki, dünya çempionatı noyabrın 19-26-sı aralığında baş tutacaq.