Emeri İngiltərə klubuna razılıq verdi

24.10.2022 23:30 338
Dünya futbolu
"Vilyarreal"ın baş məşqçisi Unay Emeri yaxında klubu tərk edə bilər.

Football-plus.az xəbər verir ki, o, "Aston Villa"nı çalışdırmaq üçün İspaniya komandasından ayrılmağa hazırdı. Danışıqların son mərhələdə olduğu qeyd edilir.

50 yaşlı çalışdırıcının klubla hazırkı müqaviləsi 2022-23 mövsümünün sonuna kimi hesablanıb.