''Red Bull''un sahibi dünyasını dəyişdi

23.10.2022 18:52 663
Aktual
Avstriyalı milyarder və iş adamı, ''Red Bull'' şirkətinin sahibi Ditrix Mateşits dünən dünyasını dəyişib.

Bu xəbəri ''Sportweek'' nəşrinə əsaslanaraq Avropa mətbuatı yayıb. 78 yaşlı Mateşits son ilyarımda ciddi xəstəlikdən əziyyət çəkirdi. Şəxsi həyatını ön plana çıxarmağı xoşlamayan Mateşitsin konkret hansı xəstəlikdən əziyyət çəkdiyi bilinmirdi. Son həftələrdə isə onun səhhəti ilə bağlı problemlərin bir qədər də artması barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, 1944-cü il təvəllüdlü Mateşits dünyanın ən məhşur içki şirkətlərindən olan ''Red Bull''un iki yaradıcısından biri sayılırdı və şirkətin səhmlərinin 49 faizinə malik idi. Ekstrim idman növlərinə böyük marağı ilə tanınan iş adamı ''Red Bull''un Formula-1 üzrə komandası yaradılmamışdan öncə ''Zauber''in 60 faizlik hissəsinə sahib idi. Eyni zamanda Mateşits ''Zaltsburq'', ''Leyptsiq'', ''Nyu York Red Bulls'' kimi futbol klublarının və hokkey üzrə Almaniya klubu olan ''Red Bull Münhen''in də sahibi idi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul