• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yunayted”də Ronaldo ilə bağlı növbəti qalmaqal

Dünya futbolu

23-10-2022, 14:0

Son 20 ildə futbola damğa vuran və bir çox göstəricidə sanki futbolun tarixini yeniləyən Kriştiano Ronaldo bəlkə də peşəkar karyerasının ən çətin dönəmini yaşayır. Alışmadığı ehtiyat oyunçu statusu ilə heç cür barışa bilməyən əfsanə gündən-günə həm özünü, həm də nailiyyətlərini gözdən salır.

Bir hərəkəti ilə yenə gündəm oldu

Premyer-liqanın son turunda ''Mançester Yunayted'' ''Tottenhem'' ə qarşı ev matçında bəlkə də Erik ten Haqın dönəmində ən yaxşı oyununu keçirərək 2:0 hesablı inamlı qələbə qazandı. Amma növbəti gün futbol ictimaiyyəti komandanın qələbəsini yox, həmin matçda, ümumiyyətlə, meydana çıxmayan Kriştiano Ronaldonu müzakirə etməyə başladı! Çünki oyunda dəqiqələr 89:24-ü göstərərkən portuqaliyalı superulduz ehtiyat oyunçular skamyasından qalxaraq üzgün şəkildə dəhlizə tərəf yollandı. Ten Haq oyunsonrası mətbuat konfransında ''onu gördüm, amma söhbət etmədik. Bu məsələ ilə sabah məşğul olacam. Çünki bu gün qələbəni qeyd edirik'' sözləri ilə reaksiya bildirdi. Ertəsi gün həqiqətən də klub Kriştiano ilə bağlı mühüm qərar verdi. Əvvəlcə onun şənbə günü ''Çelsi'' ilə keçiriləcək oyunda iştirak etməyəcəyi açıqlandı. ''Atletik'' nəşri isə Ronaldonun bir müddət komandadan ayrı, yəni fərdi şəkildə məşq edəcəyini bildirir.

Meydana çıxmaqdan imtina etdi!

Belə güman olunur ki, Ronaldonun bu cür addım atmasının və final fiti səslənmədən arenanı tərk etməsinin əsas səbəbi onu sona qədər də meydana buraxmayan Ten Haqdan inciməsidi. Amma digər tərəfdən, ''Deyli Meyl'' və ''Atletik''in iddiasına görə, niderlandlı mütəxəssis bu olaydan cəmi 3 dəqiqə öncə, yəni 87-ci dəqiqədə futbolçunu meydana buraxmaq istəyirdi. Sadəcə, Ronaldo həmin an meydana çıxmaqdan imtina etdi. Bu faktı dünən İngiltərə mətbuatına açıqlamasında Ten Haq da təsdiqlədi. Hətta şayiələrə inansaq, Kriştiano qələbəni komanda yoldaşları ilə qeyd etməyərək oyun bitmədən stadiondan ayrılıb! Bu da yetərincə real görünür. Çünki Ronaldo 2 ay əvvəl də oxşar hərəkətlə gündəmə gəlmişdi. Avqustda ''Old Trafford''da ''Rayo Valyekano'' ilə yoxlama oyununun fasiləsində əvəzlənən məşhur futbolçu daha sonra oyun bitmədən stadionu tərk etmişdi. Ten Haqın həmin vaxt reaksiyası belə olmuşdu: ''Bu hərəkət qəbuledilməzdi. Biz komandayıq. Ona görə də sona qədər bir yerdə olmalıyıq''. Son addımına görə Kriştianoya klub tərəfindən pul cəzası verilib-verilmədiyi barədə məlumat yoxdu. Onu hətta 2 həftəlik məvacibindən məhrum etsələr, artıq ortaya çox ciddi məbləğ (1 milyon avro) çıxacaq.

Səhvini etiraf etdi

Komandadan kənarlaşdırılması barədə şayiələr ildırım sürəti ilə yayılandan sonra Ronaldo sosial şəbəkədə paylaşdığı açıqlama ilə yanlış hərəkətə yol verdiyini dolayı yolla da olsa, etiraf etdi:

“Karyeram boyunca komanda yoldaşlarıma, həmkarlarıma və baş məşqçilərə hörmətlə yanaşmışam. Bu baxımdan heç nə dəyişməyib. Son 20 ildə necə insan və peşəkar olmuşamsa, indi də eləyəm. Gənc yaşlarımda təcrübəli oyunçulardan örnək götürməyə çalışdığım kimi, özüm də həmişə oynadığım klublarda gənclərə örnək olmağa çalışmışam. Düzdü, bəzən emosiyalar ön plana çıxır və öz üzərində nəzarəti itirirsən. İndi mənim yeganə etməli olduğum şey Karrinqtondakı bazada üzərimdə durmadan çalışmaq, komanda yoldaşlarımı dəstəkləmək və hər oyuna hazır olmaqdı. Təzyiqə baş əyməməliyik. Biz ''Mançester Yunayted''ik və birlikdə olmalıyıq''.


Kim nə dedi?

Təbii ki, bu hadisə İngiltərə futbol ictimaiyyətində böyük müzakirələrə səbəb oldu. Şərhçilərin, sabiq oyunçuların və mütəxəssislərin böyük əksəriyyəti Ronaldonu hərəkətinə görə qınadı. İngiltərə yığmasının sabiq üzvü Denni Milz bir çox insanın fikrindən keçəni dilə gətirdi: ''Ronaldonun hərəkəti, sadəcə, biabırçılıqdı. Oyun bitməmiş stadiondan ayrılmaq kluba, komanda yoldaşlarına, məşqçilər korpusuna və fanatlara hörmətsizlikdi. O, özünün klubdan üstün olduğunu düşünür. Bu əsl rüsvayçılıqdı''.

Premyer-liqa tarixinin ən yaxşı bombardiri Alan Şirer bu məsələdə Ten Haqın tərəfində olduğunu bildirdi:
''Ronaldonun meydana çıxmadığı üçün məyusluğunu anlayıram. Amma digər tərəfdən, komandanın onsuz yaxşı oynaması və nəticə qazanması baş məşqçiyə əlavə üstünlük verir. Çünki faktiki Ronaldonun ehtiyata qalması doğru variant idi. Komanda meydanda hər şeyi düzgün edirdi. Ten Haq üçün çox çətin vəziyyət yaranıb. O, əla təsir bağışlayan komandası haqda yox, meydanda olmayan futbolçusu haqda sualları cavablamalı olacaq''.


Əfsanəvi Tyerri Anri diplomatik mövqe tutmağa çalışsa da, əslində dolayı yolla Ten Haqa dəstək verdi:
''Məsələ getdikcə qəlizləşir. Ten Haq ''Yunayted''ə Ronaldoya yox, komandanın özünə görə gəlib. Ronaldo komandanın bir parçasıdı. Ona görə də çıxış yolu tapmaq lazımdı. Komandanın bəzən Ronaldosuz oynaması normaldı. Amma onun həmişə diqqət mərkəzində olması problem yaradır. Hamı Kriştianonun nailiyyətlərindən danışır. Buna heç kim bir söz deyə bilməz. Onun göstəriciləri ilə çox az adam rəqabət apara bilər. Amma indi ''Yunayted''ə Ronaldonun dünəni yox, bugünü lazımdı! Ronaldo bu cür vəziyyətdə olmağa alışmayıb''.


''Qızıl top''un beşqat qalibinin tərəfini tutanlar da var. Onlardan biri ''Yunayted''in sabiq üzvü Patris Evradı:
''Bu məsələ çox şişirdilir. Biz bilmirik, bəlkə Ronaldo Ten Haqa xəbər verərək çıxıb getdi. Onun üstünə çox gedilir. Ronaldo haqda danışmağı dayandırmalı və diqqətimizi komandaya yönəltməliyik''.


Britaniyanın ən populyar aparıcılarından olan Pirs Morqan isə Ten Haqın addımını Ronaldoya hörmətsizlik adlandırıb. Onun fikrincə, Ten Haq Ronaldonun ən azı ötən mövsüm komandanın ən yaxşı bombardiri olduğunu nəzərə almalıdı. Ronaldoya ən çox dəstək verən isə onun bacısı Elma Aveyro oldu:
''Mənim böyük qəhrəmanım və həyatımın sevgisi. Ölüm bizi ayırana qədər səni dəstəkləyəcəm. Bumeranq qanunu mövcuddu. Özünə arzu etmədiyini başqalarına etmə. Allah hər şeyi görür”.


Çıxış yolu varmı?

Bundan sonra nə olacaq? İndi hamını maraqlandıran əsas sual budu. ''Qardian'' nəşrinin yazdığına inansaq, Ten Haq qış transfer dönəmində Kriştianonun satışına icazə verə bilər. Hətta belə olacağı təqdirdə icraçı direktor Riçard Arnoldun da baş məşqçini dəstəkləyəcəyi gözlənilir. Ronaldo hər nə qədər illərə meydan oxumağa və bu yaşda dünyanın ən güclü çempionatında özünü göstərməyə çalışsa da, yaş yavaş-yavaş sözünü deməyə başlayır. 37 yaşdan sonra onun məhsuldarlığının aşağı düşməsi normaldı. Bu mövsüm premyer-liqada meydanda olduğu 340 dəqiqə ərzində onun hesabında yalnız 1 qol, 0 məhsuldar ötürmə var! Üstəlik pressinq, topsuz oyun kimi məqamlarda komandadakı digər forvardlar (Marsyal, Reşford) ondan daha faydalıdı. Ona görə də Ten Haqı Ronaldonu ehtiyatda saxlamaq qərarına görə qınamağa adamın dili gəlmir. Amma bir məsələyə görə Ten Haqı qınamağa dəyər. Axı yay hazırlıq dönəmində Ronaldonun toplanışa gec qoşulmasına və hələ o vaxtdan əsas heyətdə oynamaq istədiyinə işarə vurmasına baxmayaraq, məşqçi onun komandada qalmasının tərəfdarı olmuşdu. Çox maraqlıdı, Ronaldonu nəinki əsas heyətdə oynatmayan, bəzən hətta sonradan da meydana buraxmayan məşqçi onun komandada qalmasını niyə istəmişdi? Hər halda, 52 yaşlı mütəxəssis Ronaldonun onun sisteminə uyğun gəlmədiyini özü üçün müəyyənləşdirmişdi. Hərçənd Kriştianonun yaşını, məvacibini (həftəlik 500 min avro), tələblərini və ambisiyasını nəzərə alanda onun üçün yeni klub tapmaq çox çətin məsələdi. Hətta Ronaldonun başlıca pərəstişkarlarından olan Rio Ferdinand da artıq etiraf edir ki, onun bu mövsüm komandada qalması yanlış qərar oldu:
''Yunayted''in yayda nə üçün Ronaldonun ayrılmasına icazə vermədiyini anlaya bilmirəm. Axı Ten Haq bilirdi ki, Ronaldo onun planlarına daxil deyil. Çox qəribə bir durumdu. Ronaldo superulduz, milyonların sevimlisi və çox nüfuzlu oyunçudu. O, komandadan ayrılana qədər bu durum Ten Haqa mane olacaq''.


İndi vəziyyətdən üç çıxış yolu var. Birinci çıxış yolu Ronaldoya görə Ten Haqı qovmaqdı ki, hadisələrin belə axarı inandırıcı görünmür. İkinci çıxış yolu Ronaldonun yeni statusu və aqibəti ilə barışmasıdı. Son paylaşımını nəzərə alsaq, portuqaliyalı səhvini anlayıb və sadəcə, başını aşağı salaraq öz üzərində işləməyə hazırdı. Üçüncü və hər iki tərəfi qane edəcək kimi görünən variant Ronaldonun ''Yunayted''dən ayrılmasıdı. Amma bunun üçün Kriştiano ərəblərin milyonlarını qəbul edib onların ölkəsində oynamağa razılıq verməlidi. Çünki nə qədər acı səslənsə də, Avropada o artıq heç kimə lazım deyil…

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-08-2022, 14:0

Ronaldo ten Haqın işindən narazıdı

Dünya futbolu

20-10-2022, 22:0

"Mançester Yunayted" Ronaldonu komandadan kənarlaşdırdı

Dünya futbolu

17-06-2022, 18:0

Ronaldo "Yunayted"dən ayrıla bilər

Dünya futbolu

12-03-2022, 23:0

Ronaldo ilə Kavaninin vəziyyəti ilə bağlı son xəbər

Dünya futbolu

16-05-2022, 21:0

Ten Haq Ronaldonu komandada saxlamaq istəyir

Dünya futbolu

5-09-2022, 10:0

Ronaldo ən pislər sırasında 2-ci oldu

Aktual
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Mikels mövsümün ən yaxşı oyunçusudu!
“Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
Daha nə istəyirik?! - KÖŞƏ
Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
Son xəbərlər
  • Bu gün, 17:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Bu gün, 16:27
    Ayxan Hüseynov "Zirə"də
  • Bu gün, 15:56
    "Xankəndi" üç futbolçu ilə yolları ayırdı
  • Bu gün, 15:32
    UFC həyəcanı Dənizkənarı Bulvarda: açıq məşq və fan-zona təşkil olunacaq
  • Bu gün, 15:13
    Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi oldu
  • Bu gün, 14:59
    Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
  • Bu gün, 14:38
    "Real"ın yetirməsi "Araz-Naxçıvan"da
  • Bu gün, 14:17
    "Turan Tovuz" Ayxan Hüseynovla vidalaşdı
  • Bu gün, 13:56
    “Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
  • Bu gün, 13:25
    Messi DÇ tarixinin ən məhsuldar oyunçusudu!
  • Bu gün, 12:54
    Mikels mövsümün ən yaxşı oyunçusudu!
  • Bu gün, 12:22
    “Bu, rəhbərliyə aid olan bir məsələdi” - Ayxan Hüseynov üç klubdan təklif alıb
  • Bu gün, 11:51
    Daha nə istəyirik?! - KÖŞƏ
  • Bu gün, 11:20
    Avrokubok yolçuları üçün hər şey dəqiqləşdi – azarkeşlərin diqqətinə!
  • Bu gün, 10:57
    Fransa və Norveç də pley-offa vəsiqə qazandı - DÇ səhəri
  • Bu gün, 10:19
    Buntiç "Qarabağ"ı Portuqaliya klubuna dəyişdi
  • Bu gün, 10:00
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 00:20
    "Qarabağ" "Vestri"ni iyulun 9-da qəbul edəcək
  • Bu gün, 00:15
    "Zirə" "Qarabağ"la eyni gündə oynamayacaq
  • Dünən, 23:58
    "İmişli" hücumçu transfer etdi
  • Dünən, 23:27
    Azərbaycan idmanının iki ulduzu UFC Fight Night Baku ərəfəsində bir araya gəldi
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Dünən, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Dünən, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Dünən, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Dünən, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Dünən, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Dünən, 17:27
    “Liverpul” gənc futbolçu aldı
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 231
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 216
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 200
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 199
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə