Bu gün keçirilən oyunlarla Misli premyer-liqasında 11-ci tura yekun vurulub.
Football-plus.az xəbər verir ki, "Səbail" "Şamaxı"nı, "Neftçi" "Sabah"ı qəbul edib. İlk matçda heç-heçə qeydə alınıbsa, ikinci görüşdə qonaqlar qalib gəlib.
Misli premyer-liqası
2-ci dövrə, 11-ci tur
23 oktyabr
Səbail - Şamaxı 0:0
Qırmızı vərəqə: T. Bayramlı, 42
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASCO Arena”. Saat 16.00
Qarşılaşma olduqca maraqlı keçib. "Səbail" favorit hesab edilsə də, görüşdə qalib müəyyənləşməyib. Matçda hesab açılmayıb - 0:0
Neftçi - Sabah 2:3
Qol: Ö.Buludov, 71, E. Mahmudov, 83 - C. Mikels, 37, E. Apeh, 45+7, A. İsayev, 52
Vərəq: İ. Zülfüqarlı, 74
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 8:+6=1-1, 15-4.
2018/19 - 2:0, 3:0; 2019/20 - 1:1, 4:0; 2020/21 - 1:0, 2:1; 2021/22 - 1:2, 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: KAMAL UMUDLU, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi:Erkin Hüseynov.
Bakı. “Bakcell Arena”. Saat 18.30
Paytaxt derbisi olduqca maraqlı və qalmaqallı keçdi. "Neftçi" ilk dövrədə olduğu kimi, yenə "Sabah"a məğlub oldu. Hakim Kamal Umudlunun 1 qırmızı vərəqə göstərdiyi, 1 penalti təyin etdiyi matçda "bayquşlar" flaqmanı 3:2 hesabı ilə qalib gəldi.
22 oktyabr
Sumqayıt - Zirə 0:2
R.Sadıxov, 16-p. S.Taşqın, 72
Cəzalı: Coşqun Diniyev (Zirə).
“Futbol+”in proqnozu: 30-40-40.
Hakimlər: FƏRİD HACIYEV, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Orxan Məmmədov.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
AFFA nümayəndəsi:Ramiz Mustafayev.
Sumqayıt. “Kapital Bank Arena”. Saat 18.30
Turun 2-ci matçının favoriti məhz qonaqlar hesab olunurdu. Görüş zamanı da heç bir sürpriz hal baş vermədi və "Zirə" səfərdə "Sumqayıt"ı 2 cavabsız qolla yendi.
Qəbələ - Kəpəz 1:0
İ.Alimi, 20 (1:0) F.Nəbiyev, 61 (1:1)
Cəzalılar: Abu Akal, İlkin Qırtımov (hər ikisi “Qəbələ”), Zamiq Əliyev (Kəpəz).
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
VAR hakimi: Vüqar Həsənli.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Qəbələ. Şəhər stadionu. Saat 16.00
Günün ilk oyununda "Qəbələ" "Kəpəz"i qəbul edib. "Radarlar"ın rahat qələbə qazanacağı gözlənilsə də, gəncəlilərin müqaviməti ilə üzləşiblər. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
1. Qarabağ 10 10 0 0 31-7 30
2. Sabah 11 90 1 1 26-9 28
3. Neftçi 11 7 1 3 21-12 22
4. Zirə 11 5 1 4 15-17 19
5. Qəbələ 11 5 2 4 15-11 17
6. Turan Tovuz 10 3 3 4 8-13 12
7. Səbail 11 2 4 5 11-14 10
8. Kəpəz 11 1 2 8 7-26 5
9. Şamaxı 11 0 4 7 5-16 4
10. Sumqayıt 11 0 4 7 2-16 4
Bombardirlər: Ramil Şeydayev (Qarabağ) – 10, Musa Qurbanlı (Qarabağ) – 8, Coy-Lens Mikels (Sabah) – 7.