• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Qalibiyyətlərlə üzərimizə daha çox yük düşür" - Qurban Qurbanov

Premyer-liqa

20-10-2022, 21:0

Misli premyer-liqasında 11-ci tura start verilib.

"Qarabağ" "Turan Tovuz"u məğlub edib - 3:0. Görüşdən sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Futbolçularımı təbrik edirəm. Yaxşı oyun alındı. Sürət və dinamika var idi. Rəqib sona kimi yaxşı mübarizə apardı. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram. Futbolçular qələbə üçün çox istəkli idilər".

- “MATCH TV”nin instaqram səhifəsində keçirilən sorğuda Rusiyada oynamış azərbaycanlı futbolçular arasında 1-ci seçildiz. Bundan xəbəriniz varmı?
- Gecə Ramil Şeydayev göndərmişdi mənə. Sağ olsunlar. Ola bilər, son zamanlar adım daha çox hallanır. Nazim Süleymanov, Vəli Qasımov Rusiya futbolunda uğurlu olublar. Mənim üçün maraqlı oldu. Səs verənlərə təşəkkür edirəm.

- “Qarabağ” sonuncu dəfə 8 ay əvvəl evdə “Marsel”ə uduzub. Bu məğlubiyyətsizlik seriyasının formulu nədi?
- Komandanı yaxşı hazırlamağa, motivasiya etməyə çalışırıq. Fiziki və psixoloji hazırlğı yaxşılaşdırmaq istəyirik. Qeyri-adi nəsə etdiyimizi deyə bilmərəm. Tutduğumuz yol var. İşimizi daha da yaxşılaşdırmağa çalışırıq. Uğurlu perioda keçmişik.

- Bədavi Hüseynovun durumu necədi?
- Sabah məlum olacaq. Ayağında ağrı var idi. Ona görə risk etmədik.

- “Nant”la ilk matçdan sonra bu komandanın oyununu izləmisiz?
- İzləmişəm. Bəzi məğlubiyyətləri bizi aldada bilər. “Frayburq”la matçı da, “Brest”lə görüşü də izlədim. Texniki səhvləri oldu. Bunlar hər komandada olur. Çempionat matçında sürətli, dinamik oynadılar. Daha yaxından təhlil edəcəyik.

- Ozobiç avrokuboklarda əsas heyətdə meydana çıxmır. Onun uzaq məsafədən zərbələrindən daha çox faydalanmaq olarmı?
- Az oynamayıb. Elə matçlar olur ki, bəzi oyunçuların sonradan meydana daxil olması daha əhəmiyyətli olur. Hər oyun uzaq məsafədən qol vurmur. Biz də təkcə bunu gözləməli deyilik. Əsas oyunçularımızdandı. Bütün futbolçular əsas heyətdə meydana çıxa bilər.

- “Nant”la səfər oyunu tarixi matçlardan biri olacaq. Heç-heçə də komandanı növbəti mərhələyə daşıyacaq. Ora heç-heçə üçün gedəcəksiz, yoxsa qələbə barədə düşünürsüz?
- Bu barədə düşünmürəm. Yaxşı nəticə əldə etmək istəyirik. İstənilən rəqibə qarşı ən azı onun səviyyəsində oynamağa çalışırıq. Nəticə üçün bacardıqlarımızı etmək istəyirik. Qələbə üçün oynayırıq. Alınmasa da, oyunumuzu qoruyub saxlamağa çalışırıq. Avropada sabitlik üçün yaxşı oyun göstərmək vacibdi. Fiziki və psixoloji hazır olmalıyıq. Ola bilər, heç-heçə bizi qane etsin. Qələbə daha yaxşı olar. Məğlubiyyət barədə düşünmürük.

- Mümkün təxribatlarla bağlı müraciət olacaq?
- O işlə klub rəhbərliyi məşğul olur. UEFA-nın da diqqətindədi. Son vaxtlar azalıb. Cüzi şeylərdi. Ümumiyyətlə, fikir vermirik.

- U-19-un sabiq baş məşqçisi Miloş Velebit deyib ki, Nəriman Axundzadə Azərbaycan futbolunun gələcəyidi və o, əsas komandada oynamalıdı. Ona az da olsa, şans verməyiniz və ya icarəyə göndərməyiniz mümkündü?
- Bizim futbolçumuzdu. Onun yaxşılığından başqa bir şey düşünmürük. Nərimanın gələcəyini yetərincə fikirləşirik. Vaxtı gələndə oynayacaq. Üzərində çox çalışmalıdı. Burda olduğu müddətdə yaxşılığa doğru çox irəliləyiş var. Tək oyunçu ilə ölkə futbolunun gələcəyini düşünmək olmaz. Nərimanlar çox olmalıdı. Hər oyunçu kimi o da şans qazanacaq.

- Şahruddin Məhəmmədəliyevin bu gün iştirak ərizəsində olmamasının səbəbi nə idi?
- Şahruddinin ayağında ağrı var idi. Dünən məşqdən sonra hiss etmişdi. Bu gün ona istirahət verdik. Qarşıda hələ vaxt var. Durumuna baxacağıq.

- Luka Quqeşaşvilinin inkişafı istədiyiniz kimi gedir?
- Luka çempionat oyunlarının çoxunda çıxış edib. Qapıçının inkişafı üçün oynaması lazımdı. Hər şey yaxşılığa doğru gedir. Üzərində çox çalışmalıdı. Böyük potensialı var. Böyük oyunlarda meydana çıxmaq üçün daha çox hazırlaşmalı, mübarizə aparmalıdı.

- 10 oyunda 10 qələbə gözləyirdiz? Çempionatın səviyyəsi nə göstərir?
- Dünya futbolunda olan hadisələrdəndi. Elə oyun olub ki, çətinlik çəkmişik, bəzisi daha asan keçib. İstənilən komanda istənilən komandanı məğlub edə bilər. bütün rəqiblərə ciddi yanaşırıq. Bu o demək deyil ki, bütün oyunlarda qalib gələcəyik. Belə vəziyyətdə bu istəyi saxlamaq asan deyil. Qalibiyyətlərlə üzərimizə daha çox yük düşür. Komandanın idman formasının yüksək səviyyədə olmasına çalışacağıq.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

9-09-2022, 20:0

"Kəpəz”də olan dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik" - Ayxan Abbasov

Manşet / Avropa Liqası

5-10-2022, 18:0

"Meydanda daha çox mübarizə aparmalıyıq" - Qurban Qurbanov

Premyer-liqa

16-09-2022, 21:0

"Dəyişiklikdən sonra kuryoz qol alındı" - Artur Olenin

Premyer-liqa

11-09-2022, 23:0

"Avropa səviyyəli oyun oldu" - Qurban Qurbanov

Premyer-liqa

7-10-2022, 20:0

"Ağır oyun olacağını bilirdik" - Vüqar Əsgərli

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə