Salah və Mahrez DÇ-2022 zamanı ekspert olacaqlar

19.10.2022 11:58 366
Dünya futbolu
Misir yığmasının hücumçusu Məhəmməd Salah və Əlcəzair millisinin yarımmüdafiəçisi Riyad Mahrez DÇ-2022 zamanı "beIN Sports"da televiziya eksperti kimi çalışacaqlar.

"Football-plus.az" xəbər verir ki, bu barədə "StadDoha" məlumat yayıb. Hər iki futbolçu Qətərə gedəcək və orada dünya çempionatını işıqlandırmaqda kömək edəcəklər.

Xatırladaq ki, Salah və Mahrezin milli komandaları DÇ-2022-yə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.