“Bavariya”dakı dövrüm başa çatıb" - Levandovski

30.05.2022 20:30 494
Dünya futbolu
Robert Levandovski "Bavariya"da daha oynamaq istəmədiyini bildirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Polşa millisinin üzvü mətbuat konfransı zamanı deyib:

“Mənim “Bavariya”dakı dövrüm başa çatıb. Artıq bu klubda oynamağa davam etmək imkanını görmürəm. "Bavariya " ciddi klubdur və inanıram ki, onlar mənə mane olmayacalar. Mən daha burada oynamaq istəmirəm. Transfer ən yaxşı həlldir".

Qeyd edək ki, Levandovski 2021/2022 mövsümündə bütün turnirlərdə "Bavariya"nın heyətində 50 oyunda 46 qol vurub.