“Lev Yaşin” mükafatı sahibini tapdı

17.10.2022 23:43 401
Dünya futbolu
2022-ci ilin ən yaxşı qapıçısı müəyyənləşib. “France Football”un təsis etdiyi Lev Yaşin mükafatının qalibi bəlli olub.

“Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində ən yaxşı qapıçı adına “Real”ın və Belçika millisinin qolkiperi Tibo Kurtua layiq görülüb.