UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb.
Football-plus.az xəbər verir ki, bunu qurumun rəsmi saytı açıqlayıb. Buna səbəb Türkiyə millisinin azarkeşlərinin Millətlər Liqasının 5-ci turunda Lüksemburqla matç zamanı meydana yad əşyalar atması olub.
UEFA TFF-ni baş verənlərə görə 25 min avro cərimələyib. Bundan başqa qurum TFF-yə Türkiyə yığmasının növbəti ev oyununda 5 min oturacaq boş saxlanılması ilə bağlı şərti cəza verib. Qarşıdakı 2 il ərzində eyni hal təkrarlansa qərar qüvvəyə minəcək.