Şesni premyer-liqa yolunda

17.10.2022 18:40 392
Dünya futbolu
“Nyukasl” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.

Football-plus.az xəbər verir ki, “sağsağanlar” gələn il “Yuventus”un qapıçısı Voyçıx Şesni ilə müqavilə bağlamaqda maraqlıdı. Qolkiperin turinlilərlə sözləşməsi 2024-cü ildə başa çatır. Polyakın transfer dəyəri 15 milyon avro qiymətləndirilir.