"Qarabağ"ın oyunu təxirə salındı

12.08.2022 18:50 370
Premyer-liqa
“Qarabağ”ın oyunu təxirə salınıb.

Football-plus.az xəbər verir ki, ağdamlılar "Turan Tovuz"la matçın daha sonra keçirilməsi üçün müraciət edib. Qərblilər bununla bağlı öz razılıq məktubunu PFL-ə bildirib. Nəticədə “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan qurum 3-cü turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib.