"Olimpiakos"la oyunu izləmək istəyənlərin diqqətinə! - RƏSMİ AÇIQLAMA

13.10.2022 16:49 468
Manşet / Avropa Liqası
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin növbəti matçında bu gün "Olimpiakos"la qarşılaşacaq.

Football-plus.az xəbər verir ki, oyun ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20.45-də start götürəcək. Matçın biletlərinin satışa çıxarıldığı ilk gündən anlamaq olurdu ki, oyuna maraq böyükdü. Bir neçə gün sonra isə biletlərin böyük əksəriyyəti tükəndi. Bundan sonra rəqib azarkeşlər üçün ayrılan biletlər də satışa çıxarıldı. Çünki Yunanıstan klubundan azarkeşlər üçün yalnız 50 yer bron edilmişdi. Onların da gəlməyəcəyi təqdirdə həmin biletlər satışa çıxarılacaqdı. Son məlumatlara görə isə "Olimpiakos"u dəstəkləməyə Yunanıstandan heç kim gəlməyəcək. Bu səbəbdən onlar üçün ayrılan biletlər də satışa çıxarıldı. Maraqlıdı, dünən və bu gün satışa çıxarılan biletlərin satışı hələ davam edir? Bu sualla "köhlən atlar"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:

"Biletlər hələ də satışda var. Yəni, dünən və bu gün satışa çıxarılan biletlər hələ tükənməyib. Lakin hansı qiymətə olduğunu dəqiq deyə bilməyəcəm. Saat 17.00-a kimi kassalarda satış davam edəcək".


ŞAİR ABDULLA