"Öz səviyyəmizdə deyildik" - Alleqri

12.10.2022 12:31 273
Dünya futbolu
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasında Hayfa "Makkabi"sinə uduzduqları görüşü şərh edib.

"Football-plus.az" xəbər verir ki, italyan mütəxəssis 0:2 hesabıyla başa çatan görüşü belə şərh edib:

"İzah etmək çətindi. İstədiyimiz kimi oynaya bilmədik. Öz səviyyəmizdə deyildik. Susmaq və vəziyyətdən çıxış yolu tapmaq lazımdı. Turinə qayıdıb, derbiyə hazırlaşacağıq. Kluba, azarkeşlərə və özümüzə borcumuz var".


"Yuventus" oktyabrın 15-də A Seriyasında "Torino" ilə qarşılaşacaq.