“Atletiko” rəhbərliyinin Antuan Qrizmanna qarşı qeyri-adi planı davam edir.
Baş məşqçi Dieqo Simeone onu La Liqada ardıcıl 4-cü dəfə meydana 60-cı dəqiqədən sonra buraxıb. “Real Sosyedad”la matçda mübarizəyə 63-cü dəqiqədə qoşulan fransalı hücumçu bundan əvvəlki oyunlarda da eyni aqibətlə üzləşmişdi. Səbəb Madrid klubunun ona matçların müddətinin 50 faizindən az şans verməklə dünya çempionunu birdəfəlik transfer etmək istəməməsi ilə bağlıdı. Əks halda icarə müqaviləsinin şərtinə əsasən, “Atletiko” “Barselona”ya 40 milyon avro ödəməli olacaq.