Konfrans Liqasında mübarizə aparacaq “Neftçi” itki ilə üzləşib.
Football-plus.az xəbər verir ki, “ağ-qaralar”ın hücumameyilli yarımmüdafiəçisi Sezar Meza Kolli "Aris"lə oynaya bilməyəcək. Ümumiyyətlə, paraqvaylı futbolçunun zədəsi uzun müddət çəkəcək. Sezar komandanın Boludakı təlim-məşq toplanışına aparılsa da, o, hazırlıqda iştirak edə bilməyib. 30 yaşlı futbolçu çarpaz diz bağlarından əməliyyat olunmalıdı. Öncədən Meza Kolinin menisk yırtığından əziyyət çəkdiyi güman edilsə də, sonradan onun zədəsinin daha ciddi olduğu müəyyənləşib.
Sezar Meza Kolli hazırda Bakıdadı. O, ölkəsində əməliyat olunacaq. Klub rəhbərliyi Sezara Türkiyədə əməliyyat olunmağı təklif etsə də, yarımmüdafiəçi bununla razılaşmayıb. Sezar Paraqvaya yollanaraq orada yenidən tibbi müayinədən keçəcək.
İLKİN SULTANLI