"Seltik" və "Leyptsiq" arasında Şotlandiyada keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin 4-cü oyunu 1 dəqiqəlik sükutla başlayacaq.
Football-plus.az xəbər verir ki, Qlazqodakı matçdan əvvəl İrlandiyada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsi yad ediləcək.
Bu gün oynanılacaq həmin qarşılaşma Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.
Qeyd edək ki, oktyabrın 9-da baş vermiş partlayışda 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.