Ozobiç üçün ikiqat əlamətdar oyun

10.10.2022 12:15 352
Ölkə futbolu
Azərbaycan premyer-liqasının 9-cu turunun “Qəbələ” ilə səfər oyununda (1:0) hesabı açan Filip Ozobiç üçün bu qol ikiqat yubileylə əlamətdar olub.

"Footbal-plus.az" xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi həm çempionatda, həm də klubda yubiley qoluna imza atıb.

Filip premyer-liqada özünün 50-ci qolunu vurub. Bu toplardan 16-sı “Qəbələ”, 34-ü “Qarabağ”ın heyətində qeydə alınıb.

Ozobiç Ağdam klubunda ümumilikdə 40-cı dəfə fərqlənib. Onun hesabında çempionatdakı 34 topdan başqa 6 avrokubok qolu da var.

Filip premyer-liqada ümumilikdə 129-cu, “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla 136-cı matçını keçirib.