"Footbal-plus.az" xəbər verir ki, yığmanın baş məşqçisi Canni De Byazi "CBC Sport"a açıqlamasında qələbə ilə bağlı təəsssüratlarını bölüşüb:
"Çox yaxşı oyun keçirdik. Komandadan razı qaldım. Belarusla oyundan sonra 2-ci qələbəni qazanmaq çox vacib idi. Qarşıdakı oyun üçün bərpa olunmalıyıq. Bundan sonra kimlərin oynayacağına qərar verəcəyik".
Azərbaycan yığması Millətlər Liqasının 6-cı turunda sentyabrın 25-də Qazaxıstanla üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək oyuna saat 20.00-da start veriləcək.






