UEFA reytinqdə mövqeyimiz dəyişmədi

6.10.2022 09:11 315
Çempionlar Liqası
Çempionlar Liqasında 1-ci dövrə başa çatıb.

Football-plus.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində III turun ikinci oyun günündə 8 matç baş tutub.

Bu görüşlərdən sonra UEFA reytinqi açıqlanıb. Cədvəldə heç bir yerdəyişmə olmayıb.

15,125 əmsala malik Azərbaycanın mövqeyi dəyişməz qalıb. Ölkəmiz Avropada 29-cu pillədədi. Bunların 2,500-ü cari mövsüm əldə edilib.

Qeyd edək ki, siyahıya 92,570 əmsalla İngiltərə başçılıq edir.