"Barselona"da itki

5.10.2022 18:30 358
Dünya futbolu
"Barselona"da itki baş verib.

Kataloniyalıların yarımmüdafiəçisi Frank Kesye zədələnib. Klubun rəsmi saytının yaydığı məlumata görə, onun sağ budunun əzələsində burxulma var.

Bu, Çempionlar Liqasının "İnter"lə görüşündən bir gün sonra baş verib. Kesye səhər məşqində xəsarət alıb.