“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Football-plus.az xəbər verir ki, "ağ-qaralar" gürcü futbolçu Vato Arveladze ilə 1+1 il şərtli müqavilə imzalayıb. 24 yaşlı yarımmüdafiəçi 18 nömrəli formanı geyinəcək. Futbolçu peşəkar karyerası ərzində Gürcüstanın “Lokomotiv” (Tbilisi, 2015-2018, 2020), Polşanın “Korona” (2018-2020) və Türkiyənin “Fatih Karagümrük” (2020-2022) klublarında çıxış edib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef, hücumçular – qanalı Qodsvey Donyo, belaruslu Yeqor Boqomolski və gürcü müdafiəçi Solomon Kvirkveliyanı transfer etmişdi.