"Barselona”nın yeni transferi Hektor Bellerinin zədəsi ciddidi.
"Footbal-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi bu gün tibbi müayindən keçib.
Ayağının alt əzələsində problem aşkarlanan futbolçunun 3-4 həftə meydana çıxa bilməyəcəyi məlum olub.
Bu yay "Barselona" ilə 1 illik müqavilə imzalayan Bellerin Kataloniya klubunda cəmi 2 oyun keçirib.