“Arsenal”ın müdafiəçisi Hektor Bellerin London klubu ilə müqaviləsini ləğv etmək barədə razılığa gəlib.
27 yaşlı ispaniyalı "Barselona"ya keçmək niyyətindədi. Futbolçu A Seriyasından gələn üç təklifi rədd edib.
Bellerinin xidmətində "Atalanta", "Udineze" və "Sassuolo" maraqlı olsa da, o, bu klublardan heç birinə keçməyib.