Bir ay oynamaya bilər

25.09.2022 13:52 401
Dünya futbolu
Mayk Menyanın müayinəsinin nəticəsi məlum olub.

Fransa yığmasının qapıçısı Millətlər Liqasının 5-ci turunun Avstriya ilə oyununda (2:0) sıradan çıxıb. 27 yaşlı futbolçu fasilədə əvəzlənib. Mayk sol ayağının baldır əzələsi zədələndiyi üçün təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq. “Milan”ın oyunçusu Çempionlar Liqasının “Çelsi”yə qarşı oyunlarını (5 və 11 oktyabr) və A seriyasında “Yuventus”la (8 oktyabr) matçı buraxacaq.