Eden Azarın “Real”dakı problemləri davam edir.
Belçikalı futbolçu sağ ayağının kiçik baldır sümüyündən əməliyyat olunacaq. O, bu səbəbdən təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Eden sıralarına 2019-cu ildə qoşulduğu “Real”da bu mövsüm 22 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi “Çelsi”dən İspaniyaya gələndən sonra zədə sindromu üzündən La Liqada üç mövsüm ərzində 47 oyun keçirib.