"Qazaxıstanla oyuna da qələbə üçün çıxacağıq" - Bəhlul Mustafazadə

23.09.2022 13:27 363
Yığma
UEFA Millətlər Liqasında Slovakiyanı məğlub edən Azərbaycan millisi Bakıya qayıdıb.

"Footbal-plus.az" xəbər verir ki, yığmanın müdafiəçisi Bəhlul Mustafazadə "CBC Sport"a açıqlamasında qələbə ilə bağlı fikirlərini bildirib:

"Oyuna istədiyimiz kimi başlamadıq. Toparlandıq və qol vurduq. Sonlarda qol buraxsaq da, qələbə qazana bildik. Sona qədər mübarizə apardığımız üçün şadıq. Qazaxıstanla oyuna da qələbə üçün çıxacağıq. Bunun üçün əlimizdən gələni edəcəyik".


Azərbaycan yığması Millətlər Liqasının VI turunda sentyabrın 25-də Qazaxıstanla üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək oyuna saat 20:00-da start veriləcək.