Neymar 100-ə çatdı

19.09.2022 16:36 398
Dünya futbolu
PSJ Fransa Liqa 1-in 8-ci turunda səfərdə "Lion"u məğlub edib - 1:0.

"Football-plus.az" xəbər verir ki, sözügedən matç Paris klubunun hücumçusu Neymarın daxili çempionatdakı 100-cü oyunu olub.

30 yaşlı futbolçu bu matçlarda 77 qol, 46 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar 2017-ci ilin avqustundan PSJ-də çıxış edir.