Neymar öz evində ziyafət təşkil edib.
PSJ-nin hücumçusu Fransa çempionu olmaları münasibəti ilə komanda yoldaşlarından bəzilərini bir araya gətirib.
Qeyd edək ki, PSJ Liqa 1-də çempionluğu vaxtından əvvəl – mövsümün sonuna 4 tur qalmış təmin edib. Fransa mətbuatının xəbərinə görə, Neymar ziyafətə komandanın 7 futbolçusunu dəvət edib. Onun dəvətini qəbul edən Presnel Kimpembe, Danilo Pereyra, Natan Bitumazalya, İdrissa Quye, Markinyos, Erik Junior Dina-Ebimbe və Aleksandr Letelye birlikdə doyunca yeyib-içib və mahnı oxuyaraq əyləniblər.