"Mən komandama inanıram" - Elmar Baxşıyev

17.09.2022 22:11 397
Premyer-liqa / Manşet
"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli premyer-liqasının 8-ci turunda "Sumqayıt"ı məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

"Footbal-plus.az" xəbər verir ki, "CBC Sport"a danışan mütəxəssis 1:0 hesabıyla başa çatan görüşü belə şərh edib:

"Erməni təxribatı nəticəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Bu vəziyyətdə komandanı oyuna motivasiya etmək çətindi. 3 oyun uduzsaq da, hər matç yaxşısını etməyə çalışdıq. Komandaya inamımız var. Daha artığını etmək gücündəyik. Sona qədər iddiamızdan əl çəkməyəcəyik.

İnam olmayan yerdə işləməyə ehtiyac yoxdu. Uduzduğumuz oyunlarda da komanda şəklində rəqiblərdən üstün olmuşuq. Ani diqqətsizlikdən oyunu vermişik. Mən komandama inanıram. Sona kimi davam edəcəyik".