"İddiamızdan əl çəkməyəcəyik" - Elmar Baxşıyev

15.04.2022 19:54 561
Ölkə futbolu
Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Sumqayıt" matçı 1:1 hesablı bərabərliklə başa çatıb.

"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyev oyunla bağlı fikirlərini bildirib:

"Oyun haqda çox danışmayacam. Komanda meydanda istədiyim kimi oynadı. Daha çox hücumda olduq. Çoxsaylı qol epizodlar yaratdıq. Sadəcə olaraq, onları dəyərləndirməkdə çətinlik yaşadıq. Ümumi götürsək, iddiamızdan əl çəkməyəcəyik və komanda olaraq axıra kimi iddiamızı meydanda göstərəcəyik".