10 milyon cərimə ödəcəyək, bir il kluba yaxın durmayacaq

16.09.2022 23:50 332
İdman
MBA-nın mətbuat xidmətinin yaydığı xəbərə görə, “Finiks”in kişi və qadın komandalarının sahibi Robert Sarver irqçilikdə və seks zəminində təzyiqdə günahkar sayılıb.

İdman funksioneri hər iki komandanın işində iştirakdan biriliyə uzaqlaşdırılıb və 10 milyon dollar cərimə ödəməli olacaq. Sarver həmçinin personala hörmət mövzusunda öyrədici kurs keçməlidi.

2021-ci ilin noyabrında başlayan araşdırma zamanı 300-dən artıq adam dindirilib, 80 mindən artıq material öyrənilib. Sübit olunub ki, Sarveer başqa adamlara münasibətdə dəfələrlə “get ...” ifadəsindən yararlanıb. Bundan başqa, o, qadınların xarici görkəmi haqda danışarkən seksual mənalı şərhlər verib. Sarver kişilərə münasibətdə fiziki zorakılıq göstərməkdə də suçlanır. Xatırladaq ki, MBA 2014-də “Klippers”in sahibi Donald Sterlinqi də işdən uzaqlaşdırmış, 2,5 milyon dollar cərimələmişdi.

Sarver MBA rəhbərliyinin onunla bağlı cəzasına belə reaksiya verib:
“Yaxşı idarəçilik məsuliyyət tələb edir. “Finiks”də bu məndən başlayır. MBA-nın bəyanatındakı bəzi detallarla razılaşmasam da, əməkdaşlarımızı incidən sözlərə və hərəkətlərə görə üzr istəyirəm. Bütün elədiklərimə görə tam məsuliyyət daşıyıram. Təəssüf ki, adamlara belə zərbə vurmuşam. Belə yanlış münasibət fəlsəfəm və dəyərlərim ilə bir araya sığmır. MBA-nın qərarlarını qəbul edirəm. Bu cəzalar mənim üçün oxumaq və korporativ mədəniyyəti qurmağa davam etmək baxımından yaxşı imkandı. Belə mədəniyyətin yüksək olduğu yerlərdə hər bir əməkdaş özünü rahat hiss edir və çalışdığı qurum tərəfindən dəyərləndirilir”.