Militao məhkəməyə üz tutub

15.09.2022 23:30 324
Dünya futbolu
Eder Militao keçmiş sevgilisindən narazılığını rəsmi şəkildə ifadə edib.

“Real”ın müdafiəçisi Karolina Limanı sosial şəbəkələrdə ona qarşı böhtan və təhqirlərə əl atıldığı üçün məhkəməyə verib.

Braziliyalı futbolçu Limanın abunəçiləri tərəfindən təhqir və ölüm təhdidlərinə məruz qaldığını bildirib. Gənclər arasında problemlər onlar ayrıldıqdan sonra başlayıb. Militaonun fikrincə, keçmiş sevgilisi onun adını ləkələmək üçün hər cür cəhdə əl atır. O, bu səbəbdən Karolinadan 90 min avro məbləğində təzminat tələb edir.