Dieqo Simeone keçmiş həyat yoldaşından narazıdı.
"Football-plus.az" xəbər verir ki, “Atletiko”nun baş məşqçisi Karolina Baldinini məhkəməyə verməyi düşünür. Argentinada çıxan “La Nacion” nəşrinin xəbərinə görə, bir neçə gün əvvəl Simeonenin keçmiş xanımı televiziyaya çıxaraq onunla münasibəti və ayrılmasının təfərrüatları barədə danışıb.
Baldini ailə həyatının davam etməsi üçün hər şeyini verdiyini, lakin indiki həyat yoldaşı Karla Pereyra ilə tanış olduqdan sonra Simeonedən boşanmaq qərarına gəldiyini bildirib. Onlar 2014-cü ildə boşanıblar. Dostları 52 yaşlı mütəxəssisə keçmiş həyat yoldaşının çıxışı haqda danışıblar. Simeone bundan sonra ictimaiyyət içində onun adını dilinə gətirməsinə mane olmaq üçün Baldinini məhkəməyə vermək istəyir.