Aprelin 17-də 37 yaşını tamamlayacaq tennisçi bu haqda “tvitter” hesabında məlumat verib:
“Böyük həyəcan hissi ilə bu gün karyeramı bitirdiyimi elan edirəm”.
2004-də karyerasına başlayan Tsonqa ATP turnirlərində 18-i fərdi yarışda olmaqla 22 qələbə qazanıb, 2008-ci ildə “Australian Open”in finalında oynayıb. İndiyə qədər reytinqdə ən yüksək mövqeyi 5-ci yer olub.

